Türkiyədə oteldə yanğın baş verib, 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Hadisə Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verib.

Bu barədə Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir deyib ki, yanğın haxırda nəzarət altına alınıb, soyutma işləri aparılır. Hadisə zamanı 66 nəfər ölüb, 51 nəfər müxtəlif bədən xəsarəti alıb.