Türkiyədə uşaqlara sosial media qadağası
Türkiyə Böyük Millət Məclisi (TBMM) 23 apreldə 15 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Yeni qanuna əsasən:
- 15 yaşını tamamlamamış uşaqlara sosial şəbəkə platformalarında (Instagram, TikTok, Facebook, YouTube, X və s.) hesab açmaq və platformalardan istifadə etmək qadağan olunur.
- Sosial media şirkətləri yaş təsdiqi sistemi qurmağa məcbur ediləcək.
- Platformalar 15 yaşdan aşağı istifadəçiləri aşkar etmək və onlara xidmət göstərməmək üçün zəruri texniki tədbirlər görməlidir.
- Valideyn nəzarəti mexanizmləri gücləndiriləcək və uşaqlar üçün “təhlükəsiz rəqəmsal məkan” yaradılacaq.
Qanun layihəsi “Sosial Xidmətlər Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında” paketin tərkibində qəbul olunub.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzalamasından sonra qanun qüvvəyə minəcək.
Qanunun məqsədi
Türkiyə hökuməti bu addımı uşaqları internetdəki zərərli kontentdən, psixoloji təzyiqlərdən, istismardan və asılılıqdan qorumaq məqsədilə atıldığını bildirib.
Son vaxtlar ölkədə məktəblərdə baş verən hadisələr və sosial mediada yayılan zərərli məzmunlar bu qərarın səbəblərindən biri kimi göstərilir.
Digər müddəalar
- Platformalar zərərli kontentə qarşı daha sürətli reaksiya verməyə məcbur ediləcək.
- Yaş təsdiqi mexanizmlərinin necə işləyəcəyi ilə bağlı əlavə qaydalar yaxın zamanda açıqlanacaq.
Bu qanunla Türkiyə Avstraliya, Fransa və digər ölkələrdən sonra sosial mediaya yaş məhdudiyyəti qoyan ölkələr sırasına qoşulub.
Türkiyədə uşaqlara sosial media qadağası