Sevinc Vaqifqızı: “Ailəmlə telefon danışıqlarıma qadağa qoyulub”
“Abzas Media”nın direktoru Ülvi Həsənlinin və baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti daha 3 ay uzadılıb.
Sevinc Vaqifqızı məhkəmədə deyib ki, o, təcridxanada digər saxlanılan qadınların təhqirə və zorakılığa məruz qalmaları ilə bağlı halları ictimailəşdirdiyi üçün ailəsilə telefon danışıqlarına qadağa qoyulub.
O, Azərbaycanın insan haqları üzrə müvəkkilinin (ombudsman) təcridxanaya gəlməsini tələb edib.
Ü.Həsənlinin vəkili Fəxrəddin Mehdiyev isə qeyd edib ki, Xətai Rayon Məhkəməsinin verdiyi qərarlardan apellyasiya şikayəti verəcəklər.