Azərbaycan yenə dillərə dastan olub.

Məşhur Washington Post qəzeti Azərbaycanda həbs edilmiş jurnalist Ülviyyə Əli haqda geniş məqalə yazıb:
“Jurnalist Ülviyyə Əli Azərbaycan hökuməti tərəfindən valyuta qaçaqmalçılığında ittiham olunaraq həbs edilib.
Daha əvvəl Amerikanın Səsi (VOA) ilə çalışan Ülviyyə Əli, hökumət təzyiqləri səbəbilə fevralda işindən ayrılmağa məcbur qalıb və mart ayında Tramp administrasiyası tərəfindən VOA-nın bağlanması ilə işini tam itirib. Həbsdən əvvəl o, sosial şəbəkələrdə məhkəmə proseslərini işıqlandırmağa davam edirdi və maliyyə çətinlikləri ilə üzləşmişdi.
Ülviyyə əvvəllər də təqib olunub; 2021-ci ildə polis ona işgəncə verib və kamerasını sındırıb. O, Meydan TV ilə heç bir əlaqəsi olmadığını bildirsə də, həmin təşkilata qarşı açılmış cinayət işi çərçivəsində həbs olunub və 8 ilədək həbs təhlükəsi ilə üz-üzədir”.