Azərbaycanda da dil səviyyəsini göstərəcək imtahanlar olacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib:

“Artıq 6 ildir ki, ekspertlərimizlə birlikdə ölkədə Azərbaycan dili üzrə sertifkasiya imtahanı üzərində işləyirik.

Eyni zamanda Azərbaycanda işləmək istəyən, diplomunu tanıtmaq istəyən xaricilər üçün də bu proses önəm daşıyacaq.

İşlədiyi sahədə dil biliyi önəm daşıyan şəxslər ki var onlar da imtahandan keçiriləcək, bura həkimlər, hüquqşünaslar bir sözlə insanlarla davamlı işləyən hər kəs aiddir”.

Məleykə Abbaszadə qeyd edib ki, layihənin sentyabrın əvvəlində keçirilməsi nəzərdə tutulur.

Leave A Reply