“Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə işin qanunsuz və Cinayət Prosesual Məcəlləsinə zidd şəkildə aparıldığını bildirib. 

O qeyd edib ki, hazırda prosesual pozuntulara aydınlıq gətirmək yalançı prokurorun yox, məhkəməyə sədrlik edən hakimin işidir. 

Prokuroru yalançılıqda günahlandırdıqdan sonra Mehralızadə fikrini davam etdirib: “Bəli, siz yalançı prokurorsunuz. Əgər Buratino olsaydınız, burnunuz divara qədər uzanardı”.

Leave A Reply