Naxçıvanda yarım milyard manat pul yeyən nazir və məmurlar azadlığa buraxılıb

Həbsdən buraxılanlar arasında Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, bu qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərov, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var.

Külli miqdarda mənimsəmədə ittiham edilən bu məmurlarla bağlı cinayət işinin istintaqı DTX-də aparılır, özləri də həmin qurumun istintaq təcridxanasında saxlanılırdı.

 

Xatırladaq ki, Sabiq nazir R.Əliyev 144 milyon manatlıq mənimsəmədə ititham olunurdu. Keçmiş komitə sədri H.Rüstəmova 212 milyon, S.Həbibbəyli və M.Əsgərova 132 milyon manatlıq mənimsəmə ilə bağlı ittiham verilmişdi.

Leave A Reply