Bir gecədə 20-dən artıq kababxana sökülüb, insanlar işsiz qalıb.
Yasamalda uzun illərdir fəaliyyət göstərən kafe və ticarət obyektləri sökülüb.
Dünən axşam Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb. Ərazidə 20-dən artıq kafe sökülüb.
Qeyd edək ki, M. Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.
Ərazi uzun illər idi ki, “Ətçilər” kababxanaları kimi tanınırdı.

Leave A Reply