“Dünənki yanğın Allahın kodlaşdırılmış xəbərdarlıq mesajıdır”
Hökumətyönlü “Yeni Müsavat“ saytı dünən Bakı Neft Emalı Zavodunda baş verən yanğın barədə məqalə dərc edib:
“Hesablamalarımız göstərir ki, baş verən yanğın təsadüfi olmayıb, Allahdan növbəti (kodlaşdırılmış) xəbərdarlıq mesajıdır“.
Məqalə müəllifi öz əcaib-qəraib hesablamalarından əlavə, peyğəmbərlik iddiasına da düşüb:
“Hesablamalarımız göstərir ki, ağlasığmaz (qarşısıalınmaz) bəlanın baş verməsinə iki aydan az vaxt qalıb“.
Bəs sizin riyaziyyat müəlliminiz kim olub?
