“Bu şəhərdə həmişə maraqlı nəsə baş verir”

“Sumqayıt”ın basketbolçusu Zayon Yanq mətbuata danışıb.
Amerikalı basketbolçu deyib ki, Sumqayıtda özünü çox yaxşı hiss edir:
“Burada olduğuma görə şadam. Bu şəhərdə həmişə maraqlı nəsə baş verir. Komanda yoldaşlarım Aleksey, Zaur və Saadettin qətiyyən məni darıxmağa qoymur. Onlar komanda daxilində də əla atmosfer yaradır”.
Bəs siz Sumqayıtda hansı maraqlı hadisənin şahidi olmusunuz?