Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.

Bu barədə DİN-dən məlumat verilib.

Valideynlər isə yeniyetmənin məktəbdən qovulmasını tələb edir

Övladı həmin məktəbin yuxarı sinfində oxuyan valideynlərdən biri Meydan TV-yə bildirib ki, görüntülərdəki qız hələ məktəbdən kənarlaşdırılmayıb.

“Qız həddindən artıq söyüşlə danışır, uşaqlar deyirlər ki, bu, onun ilk hərəkəti deyil. Zorakılığa məruz qalan qızın digərləri haqqında mənfi söz işlətdiyi deyilir. Məktəbdə əksər valideynlər narahatdırlar. Çünki uşaqların bir-birini ələ salması, təhqir erməsi tez-tez təkrarlanır”, – valideyn bildirib.

Leave A Reply