Sizcə pensiyaçıların sayının azalmasının səbəbi nədir?

Son 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub.

Ötən il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Leave A Reply