Ali Məhkəmədə ər və arvadın ümumi əmlakının bölünməsi ilə bağlı qərar qəbul edilib.

Qərarda maraqlı məqamlardan biri odur ki, nikahı pozulan cütlüyün evlilik müddətində lotereya və mərc oyunlarında qazandıqları gəlir ikiyə bölünəcək.

Məsələn, əgər ər birgəyaşayış vaxtı hər hansı lotareya, mərc və ya intellektual oyunda gəlir əldə edibsə, artıq həmin gəlir də ailənin ümumi əmlakı hesab ediləcək.

Bundan əlavə, digər məsələ ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan əmlakı ilə bağlıdır. Yəni nikah pozulsa, krediti hər iki tərəf ödəməlidir.

Leave A Reply