İlk dəfə donuz böyrəyi insana köçürülüb.

Bu əməliyyat üçün donuz böyrəyi üzərində genetik dəyişliklər edilib.

Bu haqda Massaçusets Xəstəxanası məlumat yayıb.

Həkimlər deyirlər ki, donuzun genomunda 69 dəyişiklik etdikdən sonra böyrəyi uğurla insana köçürə biliblər.

Əməliyyat 4 saat davam edib.

Cərrah Tatsuo Kawai deyir ki, transplantasiyanın uzunmüddətli nəticələri hələlik aydın deyil: “Biz hələ də bu böyrəyin neçə il yaşaya biləcəyini bilmirik, əvvəlki tədqiqatlarımıza əsasən, biz iki ildən çox yaşayacağını hədəfləyirik”

Leave A Reply