Sizcə, 12 ildir bir serialı niyə çəkib qurtara bilmirlər?

İlham Əliyev 2013-cü ilin dekabrın 28-də “Dədə Qorqud“ dastanı əsasında serial çəkilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bunun üçün prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat ayrılıb.

Lakin 12 il keçməsinə baxmayaraq serial hələ də çəkilməyib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Xalq yazıçısı Anar tərəfindən təqdim edilmiş ssenarinin qiymətləndirilməsi və maliyyə qaynaqlarının tapılması ilə bağlı müzakirələr gedir.

“Bu proseslər tamamlandıqdan sonra serialın çəkilişi ilə bağlı növbəti mərhələlər müəyyənləşdiriləcək və yekun qərar ictimaiyyətə açıqlanacaq“, – açıqlamada bildirilib.

Leave A Reply