I Liqa, futbol
Azərbaycan I Liqasında keçirilməli olan “Mingəçevir” - “Şahdağ Qusar” qarşılaşması baş tutmayıb, çünki meydan sahibləri oyuna çıxmaqdan imtina edib.
Məlumata görə, aylardır maaşlarını ala bilməyən “Mingəçevir” futbolçuları etiraz əlaməti olaraq matçda iştirak etməmək qərarına gəliblər.
Oyunun taleyi ilə bağlı yekun qərarı AFFA-nın verəcəyi gözlənilir.


