Ehtiyat fondunun həddi artır

“Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliyə görə, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin büdcə gəlirlərinə nisbətinin yuxarı həddi 5 faizdən 7 faizə çatdırılır.

Gələn il üçün proqnozlaşdırılan 39 milyard 254 milyon manat büdcə gəlirləri əsasında hesablasaq, köhnə hədd təxminən 1,96 milyard manat, yenisi isə təxminən 2,75 milyard manat edir. Gələn il üçün ayırmalar isə bu həddən xeyli aşağıdır: büdcə xərclərinin 410 milyon manatı, yəni təxminən 1 faizi ehtiyat fondlarına düşür.

Bu vəsaitin 300 milyon manatı Prezidentin ehtiyat fondu, 110 milyon manatı isə büdcənin ehtiyat fondudur. Hər iki rəqəm 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə eynidir.

Gələn il büdcə xərclərinin 42 milyard 400 milyon manat olacağı gözlənilir, yəni xərclər gəlirləri təxminən 3,1 milyard manat üstələyəcək. Eyni büdcə layihəsində yaşayış minimumu 314 manat nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 14 manat çoxdur.

Leave A Reply