Elmlər Akademiyasının keçmiş rəhbəri, professor Akif Əlizadə Mir Mövsüm Ağa haqda fikirlərini bölüşüb.
O, Ətağanın cəddinə inandığını deyib:
“Bir dəfə Yuqoslaviyaya ezamiyyətə getmişdim. Belqradda bir həftə gəzdim. Elə oldu ki, iki gün qabaq bütün pullarımı xərclədim. Səhər uçmalıyam, cibimdə bir qəpik də qalmayıb.
Aeroporta gəldik, dedilər ki, uçuş təxirə salınıb. Başladım, Mir Mövsüm Ağanın cəddinə yalvarmağa.
Bir də gördüm, ay seyid, bir gün çıxdııı… Gözlərim yaşardı. Dedilər təyyarə gəlir, sevinc doldu ürəyimə”.