“Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə edam olunacaq”.
Bu haqda Azərbaycan Dövlət Televiziyası məlumat paylaşıb.
Xatırladaq ki, həmin terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.