Avaralığa görə cərimə
Bu gün aparıcı Aytən Səfərova bir vətəndaşın ona göndərdiyi mesajı yayımlayıb. Mesajda bildirilir ki, vətəndaş avaralığa görə 20 manat cərimə olunub.
Lakin xəbər paylaşıldıqdan bir neçə dəqiqə sonra bütün saytlardan silinib.
Jurnalist həqiqətən də inzibati xətalar məcəlləsində belə maddə olduğunu deyib:
“Bu günü də gördük: bizə mesaj gəlib ki, insana avarılığa görə 20 manat cərimə yazılıb. Düşündük ki, dələduzluqdur.
Bəzən insanın haqqını bilməməsindən istifadə edirlər. Amma bizim İnzibati Xətalar Məcəlləsində “avaralıq” maddəsi var imiş”.
Avaralığa görə cərimə