1178 adam sağalıb”

Dekabrın 26-da Azərbaycanda 511 adam COVID-19 infeksiyasına yoluxub, 1178 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 13 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 614 min 630 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu vurğulayıb:

“Onlardan 595 min 98 nəfər müalicə olunaraq sağalıb, 8 min 297 pasiyent ölüb. Aktiv xəstə sayı 11 min 235 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 328, bu günə qədər isə 5 milyon 817 min 708 testin icra olunduğu göstərilib.

Mənbə: Meydan TV

Leave A Reply