Azərbaycanda kişilərin yarısı, qadınların isə üçdə biri pensiyaya çıxmadan ölür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda ölən kişilərin yarıdan çoxu – 50,4 faizi pensiya yaşına (65 yaş) çata bilməyib.

Belə ki, 2023-cü ildə 33 min 120 kişi ölüb. Onlardan 16 min 694-ü 65 yaşdan aşağı olub.

Qadınlarda da vəziyyət çox da fərqli deyil. 2023-cü ildə ölən 27 min 30 qadından 8 min 459 nəfəri pensiya yaşına çata bilməyib. Yəni ki, hər üç qadından biri (31%) pensiya ala bilmədən həyatını itirib.

Qeyd edək ki, 2024-cü ilin statistikası hələ ki, açıqlanmayıb.

Leave A Reply