AZAL-ın təyyarəsi Həştərxan üzərində PUA hücumları səbəbindən uçuş pozuntuları ilə qarşılaşıb.

Hadisə yanvarın 1-də baş verib.

Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190/195” təyyarəsi Bakı-Kazan marşrutu üzrə uçuş zamanı Həştərxan səmasında radio maneələr və GPRS pozuntuları ilə üzləşib. 

Bildirilir ki, təyyarənin aviyonikası yalnız Həştərxan hava məkanını tərk etdikdən sonra normal fəaliyyətini bərpa edib.

Məlumata görə, bu pozuntu Ukrayna pilotsuz uçuş aparatlarının Həştərxana hücumları ilə üst-üstə düşüb, bu isə həmin bölgədə hava hücumundan müdafiə sistemlərini işə salıb.

Lakin hakimiyyət orqanları adətən hava təhlükələrinin artdığı hallarda tətbiq edilən fövqəladə protokol olan “əhatə əməliyyatı”nı aktivləşdirməyiblər.

Mənbə: Meydan TV

Leave A Reply