“Orta statistik azərbaycanlı” özünə ev almaq üçün 35 il gözləməlidir.

Bakının kənar rayonlarında 100 kv. metr sahəsi olan mənzilin orta satış qiyməti 164 min manatdır.

Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə, Azərbaycanda bir nəfərin orta aylıq nominal gəliri 677 manat olub.

Yaşayış minimumu isə 285 manat olaraq qəbul olunub.

Vətəndaşın orta aylıq gəlirindən (677 manat) yaşayış minimumunu (285 manat) çıxdıqdan sonra “əlində” 392 manat qalacaq.

Bu halda isə Azərbaycan vətəndaşına paytaxtın kənar rayonlarından 100 kv. metr sahəsi olan mənzili ala bilmək üçün 35 il (164 000 / 392 = 418 ay) vaxt lazım olacaq. 

Bu həm də o zaman mümkün ola bilər ki, vətəndaş minimum xərclərindən başqa heç bir əlavə xidmət və məhsula pul xərcləməsin.

Leave A Reply