Bakıda həbs olunan ərəblər
Öilin avqustunda Bakıya turist kimi gələn və Şəhidlər Xiyabanında qeyri‑etik videolar çəkdikləri deyilərək həbs edilən üç Səudiyyə Ərəbistanı vətəndaşı – Əlzaman Mehdi Əli, Əlğəbr Məhəmməd Hüseyn və Əlğəbr Mehdi Məhəmməd azadlığa buraxılıb.
Videoda onlar bir neçə şəhid məzarının üzərində gəzərək məzarların üstündəki gülləri təpikləyir, kadrlar zamanı nalayiq ifadələr işlədirdirlər. Onlar b görüntüləri sosial şəbəkədə paylaşmışdılar.
Videonun yayılması cəmiyyətdə qəzəb doğurmuşdu. Araşdırmalar nəticəsində məlum olub ki, onlar 13 avqustda Bakıya 5 günlük turist səfərinə gəliblər və videonu 16 avqustda çəkiblər.
Polis görüntüləri araşdırıb və turistləri Panorama hotelində taparaq saxlayıb.
Məhkəmədə saxlanılanların anket məlumatları açıqlananda Əlğəbr Məhəmməd Hüseynin Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin tədqiqat bölməsində işlədiyi, Əlğəbr Mehdi Məhəmmədin həmin nazirliklə əlaqəli şirkətdə mühafizəçi olduğu, Əlzaman Mehdi Əlinin isə başqa bir xidmətdə çalışdığı məlum olub.
Onlar videonu paylaşdıqlarını etiraf edib Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyiblər; məzarlığın müqəddəs olduğunu bilmədiklərini bildiriblər.
İttihamlar və məhkəmə qərarları
Səbail Rayon Məhkəməsi hadisəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245‑ci maddəsi (qəbir və ya meyit üzərində təhqiredici hərəkətlər) ilə qiymət verib.
Bu maddəyə görə məzar və ya meyit üzərində təhqiredici hərəkətlər edən şəxslər iki ilə qədər islah işləri və ya beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib, lakin məhkəmə ötən ilin dekabrında hər üç nəfər üçün 2 il ümumi rejimli həbs cəzası təyin edib.
Məhkəmə onları cəzalarını çəkdikdən sonra ölkədən deportasiya etməyi qərara alıb.
Apellyasiya və azadlığa buraxılma
2026‑cı ilin fevralında Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilənlərin müraciətinə baxıb.
Hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə onların cəzası 2 ildən 6 ayadək endirilib.
Hökmdə göstərilir ki, 6 aylıq müddət 18 fevral 2026‑cı ildə başa çatır və həmin gün onlar azad edilib deportasiya ediləcəklər.
Hökümət yönönlü mətbuat yazır ki, azadlığa buraxılma qərarı Şəhidlər Xiyabanında qeyri‑etik videoların çəkilməsindən sonra geniş ictimai reaksiyalara baxmayaraq, onların peşmanlıqları və cinayətin qeyri‑ağır olması nəzərə alınaraq verilib.
Xurma diplomatiyası
Azadlığa buraxılma qərarının elan olunduğu 17 fevral 2026‑da Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində maraqlı bir tədbir keçirilib.
Səfir İssam bin Saleh əl‑Cüteyli Ramazan bayramı münasibətilə Azərbaycan xalqına 5 ton xurma hədiyyə olunduğunu bildirib və əlavə edib ki, yaxın vaxtlarda daha 25 ton xurma gətiriləcək.
O vurğulayıb ki, bu aksiya Səudiyyə Ərəbistanı İslam İşləri və İrşad Nazirliyinin rəhbərliyi altında həyata keçirilən humanitar proqramın bir hissəsidir və dünyanın 100‑dən artıq ölkəsini əhatə edir. Xurmanın böyük hissəsi Qafqaz Müsəlmanları İdarəsinə, qalanı isə səfirlik vasitəsilə sosial müdafiə strukturlarına paylanacaq.
Səfirliyin açıqlamasında xurmaların Ramazan sovqatı olduğu, xeyriyyə məqsədli paylanma proqramı çərçivəsində reallaşdırıldığı vurğulanır.
Xurmanın hədiyyə edilməsi ilə məhbusların azadlığa buraxılması arasında rəsmi əlaqə təsdiqlənməyib. Əksinə, səfirlik tədbirində diplomatik jestin “qardaşlıq və həmrəylik prinsiplərinə əsaslandığı” qeyd olunub.
Bakıda həbs olunan ərəblər