Bakı Dövlət Universitetində soyuq böyük problemə çevrilib.
Tələbələr problemlə əlaqədar universitetin rektoru Elçin Babayevə lövhəyə ərizə yazaraq müraciət ediblər.
İstilik mövzusu əksər təhsil ocaqlarında problemə çevrilib. Bir neçə gün öncə Mingəçevirli müəllim sinif otağından video paylaşmışdı.
Eyni problemə Lənkəranlı valideynlər də etiraz ediblər. 9 saylı məktəbin valideynləri Meydan TV-yə bildiriblər ki, övladlarının soyuq məktəbdə oxumasından narahatdırlar.
“Bircə dəfə məktəbə baş çəkib, soyuq otaqlarda otursunlar, baxaq görək neçə dəqiqə dözə bilərlər”, – deyə valideynlər bildirib.
Foto: Hamam Times