Heyvansevər Nizami Ramazanov 2 ildir Zaqatalada sahibsiz heyvanlar üçün sığınacaq qurub. Maşın vuran, şikəst, kimsəsiz heyvanları sahiblənir. Hazırda təkcə bu sığınacaqda 200-ə yaxın itə baxır. Heyvansevər danışır ki, bir itin qısırlaşdırmaq xərci 70-80 manata başa gəlir. Bölgədə veterenar, heyvanlar üçün xəstəxana olmadığından o hər dəfə heyvanları Bakıya aparmağa məcbur olur. Heyvansevərin fikrincə, heyvanlara qarşı zorakılığın qarşısını almalı, məktəb və baxçalarda uşaqları dövlət maarifləndirməlidir.

 

Leave A Reply