“Lexus” olmasa, işə getmək olmur?
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” (AQTİ) xidməti avtomobillərin alınması üçün 448 min manat ödəyib.
Qurumun elan etdiyi tenderin qalibi “LEXUS-BAKI” MMC olub. AQTİ bu şirkətdən 4 xidməti avtomobil alıb.
Xatırladaq ki, idarə heyətinə Əli Nəbiyevin sədrlik etdiyi institutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.