ABŞ, Cənubi Qafqaz
Demokratların ABŞ Konqresinin hər iki palatasında üstünlüyü ələ keçirməsi Vaşinqtonun Qafqaz siyasətində təzyiq mexanizmlərini yenidən işə sala bilər. Bu fikri Azadlıq Radiosuna danışan beynəlxalq münasibətlər üzrə ekspert Cavid Əsədov deyib.
Əsədova görə, “Konqresdə insan hüquqları məsələləri, siyasi məhbus hesab olunan şəxslərin azad olunması ilə bağlı müzakirələr başlaya bilər”.
Radionun danışdırdığı analitiklər isə qeyd edir ki, yekun qərarların icrasında Ağ Evin və prezident Donald Trampın mövqeyi həlledici olacaq.
Foto: ABŞ Konqresinin binası, Wikimedia Commons.


