Qida təhlükəsizliyi, Rusiya

Rusiyanın “Rospotrebnadzor” qurumunun Tula vilayəti üzrə idarəsi “NİKA-MİLK” şirkətinin istehsalı olan “Krestyanskoye Çudo” bitki-yağlı spredinin mağazalarda axtarıldığını bildirib. Yoxlamaya səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatı olub.

Qurumun məlumatına görə, agentlik Rusiyadan gətirilən, yağlılığı 82,5 faiz olan məhsulu laboratoriyada yoxlayıb, tərkibində 3-monoxlorpropan-1,2-diolun (3-MCPD) miqdarının təhlükəsizlik tələblərinə uyğun gəlmədiyini müəyyən edib. Bu maddə bitki yağlarının yüksək temperaturda emalı zamanı yarana bilir, qidada miqdarı normativlərlə məhdudlaşdırılır.

Azərbaycan məhsulun idxalını qadağan edib, 20 tonluq partiyanı Rusiyaya qaytarıb. İndi Tula vilayətindəki ticarət obyektlərində yoxlama aparılır, məhsul tapılarsa, satışdan çıxarılacaq. Qurum sakinlərdən bu spredi rəflərdə görsələr, xəbər verməyi xahiş edib.

İllüstrativ foto: Wikimedia Commons.

Leave A Reply