Gürcüstan, Aİ
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldəki brifinqdə bildirib ki, 2027-ci ilin yanvarında Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər müzakirə ediləcək. Rusiyanın “RİA Novosti” agentliyinin yaydığı məlumata görə, Kallas məhdudiyyətlərin Gürcüstan vətəndaşlarının vizasız səfərlərinə də şamil oluna biləcəyini, bütün variantların nəzərdən keçirildiyini deyib.
Avropa Komissiyası noyabrın 4-də dərc etdiyi genişlənmə hesabatında Gürcüstanın üzvlük prosesinin faktiki dayandığını, demokratiya və əsas hüquqlarda geriləmənin davam etdiyini yazır.
Gürcüstan XİN cavabında hesabatda faktiki yanlışlar olduğunu, onun anti-Gürcüstan narrativlərini gücləndirdiyini bildirib. Nazirliyə görə, Aİ tərəfi Assosiasiya Sazişi çərçivəsində görüşlər keçirmədiyi üçün Komissiyanın irəliləyişi obyektiv qiymətləndirmək imkanı da məhduddur.
Baş nazir İrakli Kobaxidze jurnalistlərə hesabatın faktlara əsaslanmadığını deyib, “Xarici təsirin şəffaflığı” qanununun ləğvi tələbinin yerinə yetirilməyəcəyini bildirib. Aİ diplomatik pasport sahibləri üçün vizasız rejimi artıq dayandırıb.
Foto: Kaya Kallas, arxiv, Wikimedia Commons.


