Jurnalist Elmar Hüseynovun qətlindən 20 il keçir.

Doğrusu, onun öldürüldüyü günü dünən yada salmalıydıq, lakin…
Azərbaycanda müstəqil mətbuata qarşı təzyiqlər və həbslər elə bir həddədir ki, Elmar Hüseynov kimi nəhəngin anım günü də unudula bilir.
Əslində bu mənzərə ölkəmizdə medianın hazırkı vəziyyətinin xülasəsidir.
20 il əvvəl jurnalistika fəaliyyətinə görə qətlə yetirilən Elmar Hüseynovun onlarla həmkarı son il yarım ərzində həbsxanalara salınıb, işlədikləri mətbuat qurumları isə qeyri-qanuni elan olunub.
Görəsən, Elmar ölümündən 20 il sonrakı Azərbaycanı necə təsəvvür edirdi?
Elmar Hüseynov 2 mart 2005-ci ildə Bakıda evinin qarşısında güllələnərək qətlə yetirilib, indiyə qədər heç kim bu cinayətə görə məsuliyyətə cəlb edilməyib.
O, “Monitor“ jurnalının qurucusu və baş redaktoru idi.