Facebook hesabında İlham Əliyev haqda tənqidi paylaşım edən Möhyəddin Orucov 30 sutka həbs edilib.
Yaxınları MeydanTV-yə deyiblər ki, Möhyəddin Orucov Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində döyülüb:
“Sosial şəbəkədəki səhifəsində prezidenti tənqid edib, ona görə çağırıblar. Açıq şəkildə dedilər. Möhyəddin də getdi. O gedən, bir də buraxılmadı. Bu gün eşitdik ki, haqqında həbs qərarı çıxarılıb”.
Son bir ayda 20-yə yaxın ictimai-siyasi fəal polisin tələbinə tabe olmama ittihamıyla inzibati qaydada həbs olunub.