Büdcə zərfi, DSMF

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin komitələrinin birgə iclasında deyib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) öhdəlikləri dəqiqləşdirilməyib. Onun sözlərinə görə, bununla bağlı verilən tapşırıqlar yerinə yetirilmədiyinə görə sığorta prinsipinə əsaslanmayan xərclər də sığorta haqları hesabına ödənilir: “Bu isə DSMF-nin maliyyə dayanıqlığına mənfi təsir göstərir”.

Gülməmmədov asılılıq əmsalının da artdığını bildirib. Bu əmsal sosial sığorta təminatı alanların sayının məşğul əhaliyə nisbətini göstərir. Palataya görə, onun artımı fondun gələcəkdə ödənişlər üçün başqa mənbələrdən daha çox asılı qalması riskini yaradır. Bu ilin əvvəlindən sığorta haqqı hesablanan işçilərin sayında “cüzi azalma” da bu göstəriciyə təsir edib.

Gələn il DSMF-nin xərcləri üçün bütün mənbələrdən təxminən 9,2 milyard manat nəzərdə tutulur. Palatanın sədrinə görə, fondun xərclərinin ÜDM-ə nisbəti 5,7 faizdən 6,2 faizə qalxacaq, bunu o müsbət addım sayır.

Foto: Milli Məclisin binası, Wikimedia Commons.

Leave A Reply