“Sənədləşdirilməyən narkotik vasitələr siyasi həbslərdə istifadə olunur” deyən keçmiş polis əməkdaşı narkotiklə həbs olunub.
Foto: Hamam Times
Hüquq müdafiəçisi və keçmiş polis əməkdaşı İlhamiz Quliyev narkotik ittihamı ilə saxlanılıb.
Onun “Abzas Media”ya verdiyi müsahibəyə görə həbs olunduğu deyilir.
İ.Quliyev bu reportajda polis əməkdaşlarının narkotik maddələri siyasi həbslərdə istifadə etdiyini iddia edib. Bundan sonra o 30 sutka həbs edilib.
Şərlənəcəyindən ehtiyat edən İlhamiz narkotik maddələr üzrə test verib və “təmiz olmasına” dair arayış alıb.
O, 4 dekabrda küçədən oğurlanaraq Yasamal polis idarəsinə aparılıb və ona qarşı narkotik ittihamı ilə cinayət işi açılıb.
Yaxınları onun işgəncəyə məruz qaldığını, üzərində xəsarətlər olduğunu deyir:
“Ayağında, belində, başında zədələr var…”