İlham Əliyevin sabiq mühafizəçisi Türkiyədə ölü tapılıb.
Bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Deyilir ki, prezident İlham Əliyevin yaxın mühafizəçisi olmuş 50 yaşlı Mahir Məmmədov qaldığı otelin otağında ölü tapılıb.
Hadisə Türkiyənin Aydın şəhərinin Kuşadası bölgəsində 5 ulduzlu oteldə baş verib. Ölüm hadisəsiylə bağlı istintaq başladılıb.