Jurnalist Fatimə Mövlamlı
“Meydan TV” əməkdaşlarına açılmış cinayət işi üzrə həbs edilən jurnalist Fatimə Mövlamlının anası Vüsalə Mövlamlı “HamamTimes”a danışıb.
2024-ün dekabrında Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə) və Ülvi Tahirov barəsində həbs qətimkan tədbiri seçib. Onlar qaçaqmalçılıqda təqsirli bilinirlər.
Daha sonra jurnalistlər Şəmşad Ağa, Nurlan Qəhrəmanlı (Libre), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Əhməd Muxtar da eyni iş üzrə həbs olunublar.
Vüsalə Mövlamlı parlament kürsüsündən “bizim üçün həbsdə nə jurnalist yoxdur, nə siyasətçi” deyən deputat Bəhruz Məhərrəmova da cavab verib.
“Bizim həbsdə olan girovlarımı günahsız yerə həbs ediliblər, onlar məhbus deyillər və Bəhruz Məhərrəmovdan üstündürlər”.
Milli Məclisin plenar iclaslarından birində gündəlikdəki məsələlərə münasibət bildirən deputatlar Prezidentin amnistiya təşəbbüsünü yüksək qiymətləndirmişdilər.
Plenar iclasda çıxış edən deputat Aqil Abbas həmçinin, həbsdə olan jurnalistlərin də bu amnistiyaya daxil edilməsi təklif edib.
“Düzdür, həbsdə olan jurnalistlərin günahı olsa da, amnistiya onlar da aid olsa yaxşı olar”, – deyə deputat bildirib.
Aqil Abbasın deputat həmkarı Bəhruz Məhərrəmov isə bu fikrə qarşı çıxaraq ölkəmizdə həbsdə olan jurnalistlərin olmadığını vurğulayıb.
“Bu gün bizim üçün həbsdə nə jurnalist var, nə siyasətçi, yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətənin daşı yox könüllü sürətdə başqa dövlətlərin ayağının tozu olmağı seçmiş vətəndaşlar var. Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir”.
- Tanınmış iqtisadçı İlham Əliyevə: “Jurnalistləri həbs edən bütün avtoritar rejimlər eyni şeyi deyir”
- “Abzas Media”nın həbsdə olan jurnalistləri Lənkərana köçürülüb
- Saxarov mükafatı həbsdəki jurnalistlərə verilib
Daha geniş müsahibəni “HamamTimes”ın “YouTube” kanalında izləyin.