Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərarı mayın 7-də Xətai rayon Məhkəməsi çıxarıb.

Ülviyyə Əli “Meydan TV” işi ilə əlaqədar saxlanılıb və qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb. Mayın 7-ə keçən gecə saxlanılan jurnalistin evində axtarış aparılıb, siyirmələr və şkaf rəflərinin qapaqları sındırılıb.
Vəkili Elvin Ələmovun sözlərinə görə, Ülviyyə Əlinin evindən 6 min avro “aşkarlanıb”. Jurnalist bu pulun ona aid olmadığını və evə axtarışa gələn polislər tərəfindən qoyulduğunu bildirib.
O, əvvəllər “Meydan TV işi”ndə şahid kimi ifadə verib və ölkədən çıxışına qadağa qoyulub.
Foto: Fərqanə Novruzova