“Əqrəb mövsümü” serialında vəkil obrazları Azərbaycan Vəkillər Kollegiyasının narazılığına səbəb olub.
Kollegiya serialda vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsindən təəssüf keçirdiklərini bildirib.
Məsələ ilə bağlı serialın ssenari müəllifi və baş rolu canlandıran aktyor Azər Aydəmir deyib ki, vəkillərin bədii materialı həqarət kimi qəbul etməsi üzücüdür.
“Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanmır.
Bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq mənim gələcəyə olan ümidlərimi sarsıdırsınız. Biz sizin emosional istirahətiniz üçün çalışırıq. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur!”
