Rusiya-Ukrayna müharibəsi

Rusiya rəsmiləri Ukraynadakı müharibənin başa çatması ilə bağlı danışıqların ABŞ-nin iştirakı ilə başlanmalı olduğunu bildirirlər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva ABŞ ilə işgüzar təmasları saxlayır, buna görə də danışıqlara üçtərəfli formatda başlamaq lazımdır.

Uşakov Vaşinqtonla dialoqun mövcudluğunu əsas gətirərək prosesin bu çərçivədə aparılmasını məqsədəuyğun sayıb.

Ukrayna tərəfindən isə prezident Volodimir Zelenski bu gün Türkiyədə görüşə hazır olduğunu bəyan edib.

Leave A Reply