“AbzasMedia”nın direktor müavini Məhəmməd Kekalova işgəncə verildiyi deyilir.
Onun vəkili Rövşanə Rəhimova bu iddialardan xəbərdar olduğunu, lakin müvəkkiliylə görüşə hələ də icazə verilmədiyini bildirib.

Foto: Məhəmməd Kekalov
Məhəmməd Kekalovun harada saxlanılması barədə 3 sutkaya yaxındır məlumat yoxdur.
DİN sözçücü Elşad Hacıyev deyib ki, Məhəmməd Kekalova qarşı cinayət işi açılıb.
Lakin M.Kekalovun harada saxlanıldığını, hansı cinayət işi üzrə və hansı maddələrlə məsuliyyətə cəlb olunduğunu açıqlamayıb.