Naxçıvanda azyaşlıya edilən təcavüz

Naxçıvan sakini Novruz Musayev 14 yaşlı oğlunun dəfələrlə hərbçilər tərəfindən zorlandığını iddia edib. O, Prezident İlham Əliyevə video-müraciət ünvanlayaraq məsələ ilə bağlı tədbir görülməsini tələb edir.

Musayevin sözlərinə görə, hadisədə üç hərbçi iştirak edib. O, şikayətini Hərbi Prokurorluğa ünvanlasa da, qurumun sübut kimi zorlamanı əks etdirən videogörüntü tələb etdiyini deyir.

Valideyn bildirir ki, oğluna qarşı təcavüzdə adı hallanan zabitlərdən ikisi rüşvət müqabilində yüngül cəza alıb: biri 9 ay, digəri isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Üçüncü hərbçi isə, Musayevin dediyinə görə, ümumiyyətlə mühakimə olunmayıb.



Hadisənin ictimailəşməsindən sonra azyaşlının bullinqə məruz qaldığı, məktəbdən və iştirak etdiyi dərs kurslarından uzaqlaşdırıldığı da iddia olunur.

Novruz Musayev oğluna qarşı zorakılıq törətdiyi deyilən hərbçilərin layiqli şəkildə cəzalandırılmasını tələb edir və dövlət qurumlarından ədalətli qərar gözlədiyini bildirir.

Naxçıvanda azyaşlıya edilən təcavüz

Leave A Reply