Əfqanıstanda zəlzələ
Əfqanıstanda baş verən və kütləvi dağıntılara səbəb olan zəlzələ nəticəsində Çərik vilayəti və digər şərq regionalarında yüzlərlə insan həyatını itirib, minlər şəxs yaralanıb, on minlərlə insan evsiz qalıb. Əsas problem isə fəlakətdən təsirlənən qadınların köməksiz qalmasıdır.

Qadınların xilas edilməsində əngəllər
“The New York Times”da dərc edilən məqaləyə görə, zəlzələ zonasındakı xilasedicilər yalnız kişilərə fiziki müdaxilə edə biliblər.
Bu, Talibanın qanunları ilə əlaqədardır. Əfqanıstanda qadınlara genetik və ya qanuni olaraq eyni ailəyə mənsub olmayan kişilər tərəfindən toxunulması qadağandır.
Nəticədə, dağıntılar altında qalan qadınların xilasında ciddi gecikmə yaşanıb, bir çoxu isə ümumiyyətlə xilas edilməyib.
Bir sağ qalan, 19 yaşlı Ayşa, vəziyyəti belə təsvir edir:
“Bəzi qadınlar qan içində qaldı, onlar bir küncə yığıldı və unuduldu. Heç kim onların nəyə ehtiyacı olduğunu soruşmadı, heç kim yanlarına gəlmədi”.
ÜST təcili şəkildə müdaxilə tələb edir

Ümumdünya Səhiyyə Təşkilatı (WHO), bu faciənin fonunda tibbi yardım çatışmazlığının daha da artdığını bildirir.
Təşkilatın Əfqanıstan ofisinin müavini Mukta Şarma qeyd edib ki, zəlzələdən təsirlənmiş bölgələrdə tibbi heyətin təqribən 10 %-i qadındır, və onlar da əsasən tibb bacısı və ya mamaçadırlar, həkim çox azdır. Lakin onlar da ailələrinin icazəsi olmadan olduqları yeri tərk edə bilməzlər.
Şarma Taliban hakimiyyətindən qadın xilasedicilərə məhrəmlik ilə deyil, tək səfər etməyə icazə verən qaydalar tətbiq etməyi tələb edir:
“Məhrəmlik tələbi mövcuddur və indiyə kimi de-fakto hakimiyyət tərəfindən rəsmi istisna verilməyib. Ancaq bu vəziyyətdə daha çox qadın tibbi işçinin iştirakı zəruridir”.
Resurs çatışmazlığı
Əfqanıstanda pandemiya, yardım qıtlığı və beynəlxalq maliyyə mənbələrinin kəsilməsi səbəbindən, tibb sistemindəki resurs çatışmazlığı daha da kəskinləşib.
ABŞ-ın maliyyə yardımının kəsilməsi səbəbilə təxminən 80 səhiyyə müəssisəsi bağlanıb. Əlavə 16 klinika isə zəlzələ nəticəsində bağlanmalı olub.
- Naxçıvanda azyaşlıya dəfələrə təcavüz edilib
- Bakı Dövlət Sirkinin aktyoru rəhbərlikdən şikayət edir
- Qarabağ FK: Vəhabilik və Azərbaycan futbolunda gender normaları
Taliban hökumətinin tibb və təhsil sahəsində qadınların iştirakını qadağan edən siyasəti – məsələn, 2024-cü ilin dekabrından orta tibb təhsilinin qadınlar üçün qadağan edilməsi bu sahədə qadın kadrlarının azalmasına səbəb olub.
Nəticədə, zəlzələdən təsirlənən və qayğıya ehtiyacı olan qadınlara lazımi tibbi yardım çatdırılmayıb, vaxtında xilas edilməyən qadınlar həyatını itirib.
ÜST və beynəlxalq təşkilatlar, Taliban hakimiyyətini belə bir təbii fəlakət anında qadın xilasedicilərə səyahət azadlığı verərək yardım prosesini könüllü, təhlükəsiz və gender prioritetinə uyğun təşkil etməyə çağırır.
Əfqanıstanda zəlzələ