Neft-qaz satışından gəlirlərimiz kəskin azalıb.

Bu ilin ilk 11 ayı ərzində Azərbaycan xarici ölkələrə 21 milyon tondan çox neft, 23 milyard kubmetrdən çox təbii qaz satıb.

İxrac olunan xam neftin gömrük dəyəri 13,3 milyard, təbii qazın dəyəri isə 7,6 milyard dollar olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ixrac olunan xam neftin gömrük dəyəri 15 milyard, təbii qazın dəyəri isə 12,8 milyard dollar olub.

Leave A Reply