
😱 Özünü balkondan aşağı atan qadın keçmiş ərinin üstünə düşüb.
🇹🇷 Hadisə Türkiyənin Ankara şəhərində baş verib.
Şahidlərin dediyinə görə, keçmiş əri uşaqları anasına təhvil vermək üçün məhləyə gəlib. Bu vaxt Gözdenin anası uşaqları təhvil almaq üçün çölə çıxıb.
Atasıyla evdə tək qalan 27 yaşlı Gözde atasının “barışın” təkidinə dözməyərək özünü balkondan aşağı atıb.
💔 Gözde və üstünə düşdüyü keçmiş əri xəstəxanaya yerləşdiriliblər.