Təyyarə qəzasından 40 gün keçir.

Qazaxstan Nəqliyyat naziri Marat Kabayev 25 dekabrda qəzaya uğrayan AZAL təyyarəsi barədə açıqlamalar verib.

Beynəlxalq standartlara əsasən, araşdırma komissiyası sözügedən qəza ilə bağlı nəticələri 30 gün ərzində paylaşmalı idi.

Lakin qəzadan 40 gün keçməsinə baxmayaraq, ilkin nəticələr hələ də açıqlanmayıb.

Marat Kabayev deyib ki, araşdırma yekunlaşmaq üzrədir:

“Yaxın günlərdə ilkin hesabatı gözləyirik. Rəsmi saytımızda görünəcək. Mütəxəssislərə işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Söz verirəm ki, yaxın günlərdə hesabat olacaq. Mən şəxsən tanış olmuşam“.

Leave A Reply