Qırğızıstanda 5 Azərbaycan vətəndaşı həbs olunub.

Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qırğızıstan xüsusi xidmət orqanları saxlanılanların respublika rəhbərliyinə sui-qəsd planlaşdırdığını iddia edib.

Əməliyyat zamanı Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M.S. və Məmmədov Z.İ. saxlanılıblar.

Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan Əsgərov kriminal aləmdə “Avara” ləqəbi ilə tanınır.

Leave A Reply