Britaniyanın baş naziri Liz Trass istefa verib.
Qeyd edək ki, Liz Trass cəmi 44 gün əvvəl Baş nazir olaraq işə başlamışdı.
Independent nəşri xəbər verir ki, Trass istefasını “Komitə 1922”-nin (Mühafizəkarlar Partiya daxilində xüsusi parlament qrupu) sədri Ser Graham Brady ilə “böhran görüşü”keçirməsindən sonra açıqlayıb.
Liz Trass deyib ki, Mühafizəkar partiya sədrliyinə seçki gələn həftə keçiriləcək.
Foto: Liz Trass