İctimai fəal Rail Abbasova 6 il 6 ay həbs verilib
Hökm bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.
Hökmə görə, Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə – ev satmaq adı ilə Əsgər Həziyev adlı şəxsdən pul alıb onu aldatmaqda təqsirli bilinib.
Rail Abbasov isə hökm oxunmamışdan əvvəl son sözündə bildirib ki, bu ittiham tamamilə saxta və quramadır.
Rail Abbasov bildirib ki, ona qarşı ifadə vermək üçün saxta zərərçəkmiş çıxarıblar:
“Deyir ki, guya mənə sentyabrın 18-də zəng eləyib, aramızda danışıq olub. Lakin telefon zənglərinin araşdırması göstərdi ki, yalan danışır, həmin tarixdə mənə nə zəng eləyib, nə də aramızda danışıq olub. Məhkəməyə təqdim etdiyimiz görüntüdə klyokun böyüklüyündən də görünür ki, mənə verdiyi klyokun içindəki şokolad olub. İndi dediyi 4 paçka pul heç o şokolad qutularının yarısı qədər eləmir. Mənzilin sahibi Eldar adlı şahid də mənim dediklərimi təsdiqlədi”.