Rusiya ordusuna təchizatla məşğul olduğunu rədd edən Roman Abramoviçin “Evraz” şirkəti 10 ildən artıq Rusiya tankları üçün polad tədarükü edib.
Böyük Britaniya mart ayında Roman Abramoviçin Putinlə münasibətini əsas gətirərək və onun şirkətlərindən biri olan polad istehsalçısı “Evraz”ın Rusiya ordusuna tank istehsalında istifadə oluna biləcək polad tədarük edə biləcəyini bildirərək ona sanksiya tətbiq etmişdi.
Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkət Rusiya hökuməti ilə müqavilələrinin silahlarla əlaqəli ola biləcəyini sonacan inkar etmişdi.
OCCRP jurnalistlərinin Rusiyanın dövlət satınalma reyestrində araşdırmaları nəticəsidə məlum olub ki, “Evraz” Rusiya Qvardiyası ilə əməkdaşlıq edib, partlayıcı maddələr və tanklar istehsal edən fabriklərə məhsul tədarük edib.

Leave A Reply